Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın BRİCS ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 9,2% artaraq 5,8 milyard dolları üstələyib.
İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində BRİCS ölkələri ilə ticarətin payı 21,65% təşkil edib ki, bu da bir il öncəki göstəricidən 4,08 faiz bəndi çoxdur.
Qeyd edək ki, 9 ölkənin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və BƏƏ) daxil olduğu BRİCS təşkilatı 2006-cı ildə yaradılıb.