“Shell” Rusiyadakı aktivlərini “Lukoil”a satıb

Rusiyanın “Lukoil” neft şirkəti Britaniya-Hollandiya neft-qaz şirkəti “Shell”in Rusiyadakı aktivlərini alıb.

İndex.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Lukoil”in rəsmi saytında deyilir.

Həmçinin qeyd edilir ki, “Lukoil” Rusiyanın Tver vilayətində yerləşən sürtkü yağları istehsalı zavoduna sahib olacaq. Müqavilə “Shell”ə 350-dən çox əməkdaşının işdə qalmasına kömək edəcək.