Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 7 milyard 508 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.
Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,2 % artaraq 3 milyard 836 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,5% artaraq 3 milyard 671 milyon manat olub.
Avqustun 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 2 milyon 935,5 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,2 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 245,7 min ton (0,2 % çox) tərəvəz, 598,6 min ton (10 % az) kartof, 429 min ton (10,3 % çox) bostan məhsulları, 331,1 min ton (5,1 % çox) meyvə yığılıb.
7 ay ərzində ölkədə diri çəkidə 331,2 min ton ət, 1 milyon 312 min ton süd, 1 milyon 385,9 milyon ədəd yumurta, 14,2 min ton yun, 239,4 ton barama istehsal olunub. İllik müqayisədə ət istehsalı 1,3 %, süd istehsalı 0,5 %, yumurta istehsalı 6,2 % artıb, yun istehsalı 1,6 %, barama istehsalı 32,9 % azalıb.