Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 195 milyon 799 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
İndex.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, istehsal olunmuş kənd təsərrüfatı məhsulu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artıb.
Bunun 99 milyon 807 min 200 manatı bitkiçilik sahəsi üzrə, 95 milyon 992 min 100 manatı isə heyvandarlıq sahəsi üzrə olunub.