Barak Obama prezidentliyə namizəd Kamala Harrisi dəstəklədiyini açıqlayıb

ABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel Obama Demokratlar Partiyasının prezidentliyə namizədi kimi ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dəstəklədiklərini açıqlayıblar.

İndex.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Obama və həyat yoldaşı Mişel Obama birgə bəyanatında Kamala Harrisin bu kritik məqamın tələb etdiyi baxışa, xarakterə və gücə malik olduğuna inandıqlarını bildiriblər.

Sosial media platformalarında eyni vaxtda verdikləri açıqlamada deyiblər: “Prezident Baydenlə razıyıq. Kamalanı seçmək onun verdiyi ən yaxşı qərarlardan biri idi. Onun tərcümeyi-halı bu qərarı təsdiqləyir”.