Harris Trampla fərqi 1 xala qədər azaldıb

Prezident Co Baydenin noyabr seçkilərində namizədliyini geri götürməsindən sonra aparılan sorğuya görə, ABŞ-ın vitse-prezidenti Kamala Harris Donald Trampla səs fərqini 1%-ə endirib.

İndex.az xəbər verir ki, “New York Times”ın keçirdiyi son sorğunun nəticələrinə görə, Baydenin geri çəkilmək qərarından bir neçə gün sonra Demokrat seçicilərin əksəriyyəti Harrisi ehtimal namizəd kimi dəstəkləyib.

Yalnız 14% seçici başqa namizədə üstünlük verib.

Demokratik seçicilərin 70%-i partiyanın daxilində namizədlər arasında rəqabət yaratmaqdansa, Harrisin arxasında birləşməyi üstün tutub.

Beləliklə, demokratların 93%-i hazırda Harrisi dəstəkləyir.

Bu nisbət Trampın respublikaçılardan aldığı dəstəklə eyni səviyyədədir.