“Azərkontrakt”ın bank xərcləri 13% azalıb

2023-cü ildə Dövlət Kontrakt Korporasiyası – “Azərkontrakt” ASC-nin bank xərcləri 660 min manat təşkil edib.

İndex.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 12,7% azdır.

Hesabat dövründə “Azərkontrakt”ın “YAŞAT” Fonduna ianələri isə 2 dəfə azalaraq 100 min manata düşüb.

“Azərkontrakt” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,539 milyon manatdır. Səhmdar cəmiyyəti 2 ildir ki, ölkədə təbii qazın istehsalçılardan satın alınması, nəqli, ölkə daxilində paylanması və istehlakçılara satışnın təşkil edilməsi ilə məşğuldur.