Asiya fond bazarları yenidən yüksəlişə keçib

Asiya-Sakit Okean bazarları yenidən bahalaşmağa başlayıb.

İndex.az xəbər verir ki, Yaponiyanın “Nikkei 225” birjasının dəyəri dəyişməyib. “Topix” birjası isə 0,2% artıb.

Çip istehsalçısı “Renesas Electronics”in dəyəri 8%-dən çox azalaraq, birjanın itkilərinə liderlik edib.

Tayvan bazarları tayfun səbəbindən iki gün bağlandıqdan sonra ticarətə qayıdıb.

Beynəlxalq miqyasda “Foxconn” kimi tanınan “Hon Hai Precision Industry” və çip istehsalçısı “Taiwan Semiconductor Manufacturing Company” müvafiq olaraq 4,22% və 5,41% dəyər itirib.

Cənubi Koreyanın “Kospi” birjası 0,62%, “Kosdaq” birjası isə 0,33% bahalaşıb.

Avstraliyanın “S&P/ASX 200” birjası 0,74% bahalaşıb.

Honkonqun “Hang Seng” birjası 0,61% artıb, Çinin “CSI 300” birjası isə 0,12% ucuzlaşıb.