Kamala Harris: “Qəzzada humanitar fövqəladə vəziyyətlə bağlı ciddi narahatlığımı Netanyahuya çatdırdım”

ABŞ vitse-prezidenti Kamala Harris günorta saatlarında Baydenlə görüşən Netanyahunu Ağ Evdə ayrıca görüşdə qəbul edib.

İndex.az xəbər verir ki, ikili kameralar qarşısına keçərək görüşdən əvvəl heç bir açıqlama verməyib.

Görüşdən sonra kameralar qarşısına keçən Harris Netanyahu ilə əhatəli görüş keçirdiklərini və Yaxın Şərqlə bağlı gündəmi dəyərləndirdiklərini bildirib.

Harris İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu və ABŞ-ın bu mövzuda İsrailə hər cür dəstəyi davam etdirəcəyini vurğulayıb.

“Son 9 ayda Qəzzada baş verənlər həqiqətən narahatlıq doğurur. Baş nazir Netanyahuya Qəzzada humanitar iztirabların, o cümlədən çoxlu sayda günahsız mülki şəxsin ölümü ilə bağlı ciddi narahatlığımı bildirdim. Eyni şəkildə Qəzzada humanitar fövqəladə vəziyyətlə bağlı ciddi narahatlığımı açıq şəkildə çatdırdım, – deyə Harris bildirib.