Altman süni intellektdə Çini keçmək üçün çağırış edib

“ChatGPT”nin yaradıcısı olan “OpenAI” şirkətinin baş direktoru Sam Altman süni intellekt sahəsində Çini qabaqlamaq üçün ABŞ-ın başçılıq etdiyi qlobal koalisiya yaratmağı təklif edib.

İndex.az xəbər verir ki, Çinin süni zəka texnologiyalarını inkişaf etdirmək əzminə diqqət çəkən Altman, digər hökumətlərin süni intellektə daha taktiki və sürətli yanaşması lazım olduğunu bildirib.

Altman bildirib ki, məlumatların və onların mühüm əqli mülkiyyətlərinin oğurlanmasının qarşısını almaq üçün ABŞ-ın süni intellekt şirkətlərinin kibermüdafiə və məlumat mərkəzinin təhlükəsizliyi sahəsində inkişaf etməsi artıq ən əhəmiyyətli mövzulardan biridir.