“BTB Bank”ın həm faiz gəliri, həm də faiz xərcləri artıb – HESABAT

“BTB Bank” 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə “BTB Bank”ın həm faiz gəliri, həm də faiz xərcləri artıb.

Belə ki, cari ilin 2-ci rübündə “BTB Bank”ın faiz gəlirləri 15.416 milyon manat təşkil edib.

2023-cü ilin 2-ci rübündə bankın faiz gəlirlərinin 14.670 milyon manat olduğunu nəzərə alsaq, 746 min manatlıq artımın olduğunu görərik.

“BTB Bank”ın faiz xərcləri isə 2024-cü ilin 2-ci rübündə 97 min manat artaraq 9.453 milyon manat təşkil edib.

Ötən ilin eyni dövründə bankın faiz xərcləri 9.356 milyon manat olub.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52.140 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya (Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin gəlini), 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.