Hidrogenlə işləyən motosiklet təqdim edildi

“Ninja H2″yə əsaslanan motosiklet, benzin əvəzinə hidrogenlə işləmək üçün dəyişdirilmiş 1,0 litrlik (998 cc) dörd silindrli mühərrikə malikdir.

İndex.az xəbər verir ki, sözügedən sistem ənənəvi yanma prosesi ilə işlədiyi üçün hidrogen birbaşa silindrlərə vurulur.

Təbii ki, mühərrik Kawasakinin hidrogen motosikletindəki yeganə dəyişiklik deyil. Mühərriki qidalandırmaq üçün tələb olunan hidrogen çənləri ilə təchiz edilmiş motosiklet, həmçinin inteqrasiya olunmuş hidrogen yanacaq təchizatı sisteminə malikdir.

Hidrogen motosiklet layihəsinə 2023-cü ilin mart ayında başlayan Kawasaki, bu ilin əvvəlində test sürüşlərinə başlamaqla böyük irəliləyiş əldə etdi. Şirkət bildirib ki, əldə edilən məhsul heç bir su və çox az CO2 buraxmır, bununla belə, drosseli çevirən zaman sürücülərin sevdiyi gurultu və vibrasiya hissi verir”.

Layihə hələ prototip mərhələsindədir və Kawasaki hidrogenlə işləyən motosikletini 2030-cu illərin əvvəlindən istehsala buraxmağı planlaşdırır. Təbii ki, motosikletin satılacağı bazar həmin ölkənin hidrogen yanacağı ilə təchizat infrastrukturundan və qanuni qaydalardan asılı olaraq dəyişəcək.