Hicab taxmasına icazə verilməyən fransalı idmançı olimpiya açılışına papaqla qatılacaq

Olimpiadada Fransanı 400 metr məsafəyə estafet yarışında təmsil edəcək Sounkamba Sylla, ölkənin dünyəvilik prinsiplərinə görə açılış mərasiminə hicabla qatıla bilməyəcək.

İndex.az xəbər verir ki, Sylla ötən həftə sonu sosial media hesabındakı paylaşımında belə yazıb: “Öz ölkənizdə keçirilən Olimpiadaya seçildiniz, ancaq baş örtüyü bağladığınız üçün açılış mərasimində iştirak edə bilməzsiniz”.

Bu paylaşımdan sonra sosial şəbəkə istifadəçiləri və digər olimpiya idmançıları Fransaya sərt reaksiya veriblər.

Fransanın idman naziri Amélie Oudéa-Castéra iyulun 24-də verdiyi açıqlamada deyib: “Vətəndaşlarımız dünyəvilik prinsiplərinə riayət etməyimizi gözləyirlər, lakin biz də hər kəsi yaxşı hiss etdirəcək həllər tapmaqda yaradıcı olmalıyıq”.

Daha sonra Fransa Olimpiya Komitəsi Sillanın açılış mərasimində xüsusi hazırlanmış papaqla iştirak etməyə razılıq verdiyini açıqladı.