“Bank Avrasiya” 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə “Bank Avrasiya”nın aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 10.094 milyon manat azalaraq 196.178 milyon manata enib.
Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb.
Onun nizamnamə kapitalı 71.800 milyon manatdır.
Bankın səhmlərinin 37,5 %-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85 %-lik, “Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i “PDM Qrup” MMC-yə, 25 %-i isə “Azbizneskom” MMC-yə məxsusdur.