“Nissan”ın əməliyyat mənfəəti 99% azalıb

“Nissan”ın aprel-iyun ayları üçün əməliyyat mənfəəti 99% azalaraq, əvvəlki ilin eyni dövründəki 128,6 milyard yendən 995 milyon yenə düşüb.

İndex.az xəbər verir ki, analitiklər 164 milyard yen mənfəət gözləyirdilər.

Xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 73% azalaraq 28,6 milyard yenə çatıb.

“Nissan” maliyyə ili üçün əməliyyat mənfəəti proqnozunu 17% azaldaraq, 600 milyard yendən 500 milyard yenə endirdi.

“Nissan” bütün 2024-25 maliyyə ili üçün xalis mənfəət gözləntisini 380 milyard yendən 300 milyard yenə endirdi. “Nissan” səhmləri maliyyə nəticələrindən sonra 10% dəyər itirib.