“AccessBank”ın faiz xərcləri 6 milyon manatdan çox artıb

“AccessBank” 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə “AccessBank”ın həm faiz gəliri, həm də faiz xərcləri artıb.

Belə ki, cari ilin 2-ci rübündə “AccessBank”ın faiz gəlirləri 107.748 milyon manat təşkil edib.

2023-cü ilin 2-ci rübündə bankın faiz gəlirlərinin 90.290 milyon manat olduğunu nəzərə alsaq, 17.458 milyon manatlıq artımın olduğunu görərik.

“AccessBank”ın faiz xərcləri isə 2024-cü ilin 2-ci rübündə 6.534 milyon manat artaraq 40.897 milyon manat təşkil edib.

Ötən ilin eyni dövründə bankın faiz xərcləri 34.363 milyon manat olub.

“Accessbank”ın nizamnamə kapitalı 270.107 milyon manatdır. Bankın səhmlərinin 19,90%-i “Asian Development Bank”a, 17,39%-i “European İnvestment Bank”a, 16,56%-i “İnternational Finance Corporation”a, 9,41%-i “Entrepreneruial Development Bank”a, 9,17%-i “Oesterreichische Entwicklungsbank”a, 8,89%-i “Swiss Investment Fund for Emerging Markets”ə, 7,11%-i “ResponsAbility SICAV”a, 6,4%-i “Black Sea Trade and Development Bank” və “Green for Growth Fund”a 5,18%-i isə “ResponsAbility MultiConcept Fund Management”ə məxsusdur.