İngiltərədə saxlanılan şübhəlinin başını yerə vuran polis məmuru vəzifəsindən uzaqlaşdırılıb

İngiltərənin Mançester hava limanında bir polis məmurunun yerdə uzanan kişini təpikləyərək başına vurması lentə alınıb.

İndex.az xəbər verir ki, sosial mediada sürətlə yayılan görüntülərə verilən reaksiyalardan sonra məmur vəzifəsindən uzaqlaşdırılıb.

Videoda uniformalı kişi zabitin yerdə üstü üstə uzanmış kişiyə iki dəfə zərbə vurduğu və silah doğrultduğu görünür. Bu arada yerdə yatan kişiyə kömək etmək istəyənləri digər zabitlər qışqıraraq uzaqlaşdırıblar.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.