“Renault” altı ayda satış həcmini artırdı, seyfinə 27 milyard avro qoydu

Fransanın avtomobil istehsalçısı “Renault” ilin birinci yarısı üçün maliyyə nəticələrini açıqlayıb.

İndex.az xəbər verir ki, şirkətin satış həcmi 2023-cü ilin birinci yarısı ilə müqayisədə 1,9% artıb.

“Renault” ilin birinci yarısında 8,1% əməliyyat marjasına nail olub. Bu nisbət keçən ilin eyni dövründəki 7,6% marjadan yüksəkdir.

Analitiklər 7,9% marja gözləyirdilər. “Renault” ilin birinci yarısında təxminən 27 milyard avro (29,26 milyard dollar) gəlir əldə edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artım deməkdir.