Zelenski: “Çinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə dair açıq siqnal var”

Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirən Zelenski, Ukrayna xarici işlər naziri Kulebanın Çində rəsmi təmaslar keçirdiyini xatırladıb və bu səfərin Çinə uzun müddətdən sonra ilk yüksək səviyyəli səfər olduğunu vurğulayıb.

İndex.az xəbər verir ki, Çin prezidenti Si Cinpinin daha əvvəl ona Çinin Rusiyaya silah verməyəcəyini söylədiyini qeyd edən Zelenski, Kulebanın təmasları zamanı bu məsələnin də təsdiqləndiyini bildirib.

Zelenski deyib: “Çinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə dair açıq siqnal var. Çin lideri Si Cinpinin mənə Çinin Rusiyaya silah verməyəcəyini dediyi də təsdiqini tapır. Ukraynaya qayıtdıqdan sonra nazirdəb ətraflı hesabat gözləyirəm”.