Süni intellekt IBM-in gəlirlərinə müsbət təsir edib

Amerikanın texnologiya şirkəti IBM-in gəliri bu ilin ikinci rübündə 2% artaraq 15,8 milyard dollara çatıb.

İndex.az xəbər verir ki, IBM-in baş direktoru Arvind Krişna açıqlamasında bildirib ki, şirkətin texnologiya və korporativ süni intellekt sahəsində böyük təcrübələri olduğu üçün müştərilərin IBM-ə müraciəti artmaqda davam edir.

Şirkətin xalis mənfəəti ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 16% artaraq 1,8 milyard dollara çatıb.

Qeyd edək ki, IBM-in xalis mənfəəti ötən ilin ikinci rübündə 1,6 milyard dollar olaraq hesablanıb.

Şirkətin ötən ilin ikinci rübündə səhm üzrə mənfəəti 1,72 dollar olduğu halda bu ilin eyni dövründə 1,96 dollara yüksəlib.

IBM-in maliyyə nəticələri dövr ərzində bazar gözləntilərini üstələyib.