“Nyu-York” birjası kəskin ucuzlaşıb

“Nyu-York” birjası kəskin şəkildə ucuzlaşıb.

İndex.az xəbər verir ki, “Dow Jones” birjasının itkiləri 500 bəndi ötərək 1,25% ucuzlaşıb və 39 853,87 bəndə geriləyib.

“S&P 500″ birjası isə 2,32% azalaraq 5 427,12 bənd olub.

İtkilər ” “Nasdaq” birjasından da yan ötməyib. Belə ki, birja 3,62% azalaraq 650 bənddən çox ucuzlaşıb və 17 345,84 bəndə qədər geriləyib.

Qeyd edək ki, “S&P 500” və “Nasdaq 100” birjaları 2022-ci ilin sonundan bəri ən böyük enişini yaşayıb.

“Alphabet” və “Tesla” kimi iri texnologiya şirkətlərinin zəif maliyyə nəticələrindən sonra səhm bazarlarında mənfi tendensiya müşahidə olunub.