Ekofəalların etirazları səbəbindən Frankfurt hava limanında 140 reys ləğv edilib

Almaniyanın Frankfurt hava limanında ekofəalların etiraz aksiyasına görə ən azı 140 reys ləğv edilib.

İndex.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

Günün sonuna qədər reyslərdə gecikmələr gözlənilir.

Məlumata görə, “Sonuncu nəsil” hərəkatının ekofəallarının uçuş-enmə zolağına daxil olması səbəbindən Frankfurt hava limanı səhər saatlarında fəaliyyətini dayandırıb.

Bildirilib ki, ekofəallar Almaniya hökumətindən 2030-cu ilə qədər neft, qaz və kömürdən tədricən imtinanı tənzimləyən beynəlxalq sazişin hazırlanmasına və imzalanmasına kömək etməyi istəyib.

Onlar xəbərdarlıq edib ki, digər ölkələrin, o cümlədən Böyük Britaniya, Avstriya, Niderland, İsveçrə, Kanada, ABŞ və Norveçin hava limanlarında oxşar vətəndaş etirazları planlaşdırılıb.