Yunanıstanda iqlim böhranı: Fövqəladə vəziyyət elan edildi

Yunanıstanın bəzi bölgələrində həddindən artıq istilər yaşanarkən, digər bölgələrdə şiddətli tufanlar səbəbiylə daşqınlar baş verir.

İndex.az xəbər verir ki, həm isti hava, həm də ildırım çaxması ilə əlaqədar bir çox yerlərdə yanğınlar baş verib və İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi həyəcan siqnalı verib.

Nazirliyin məlumatına görə, ötən gün saat 13.00-17.00 radələrində ildırım çaxması nəticəsində 39 məntəqədə yanğın baş verib.

Bundan əlavə, barajlarda su böhranı səbəbindən fövqəladə vəziyyət elan edilib