“YapıKredi Bank Azərbaycan”ın faiz xərcləri 2 qat artıb

“YapıKredi Bank Azərbaycan” 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə “YapıKredi Bank Azərbaycan”ın həm faiz gəliri, həm də faiz xərcləri artıb.

Belə ki, cari ilin 2-ci rübündə “YapıKredi Bank Azərbaycan”ın faiz gəlirləri 21.280 milyon manat təşkil edib.

2023-cü ilin 2-ci rübündə bankın faiz gəlirlərinin 17.124 milyon manat olduğunu nəzərə alsaq, 4.156 milyon manatlıq artımın olduğunu görərik.

“YapıKredi Bank Azərbaycan”ın faiz xərcləri isə 2024-cü ilin 2-ci rübündə 1.370 milyon manat artaraq 2.550 milyon manat təşkil edib.

Ötən ilin eyni dövründə bankın faiz xərcləri 1.180 milyon manat olub.

Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55.380 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0,01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.