“Ziraat Bank Azərbaycan”ın aktivlərinin həcmi 102 milyon manatdan çox artıb – HESABAT

“Ziraat Bank Azərbaycan” 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə “Ziraat Bank Azərbaycan”ın aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 102.624 milyon manat artaraq 772.979 milyon manata yüksəlib.

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 30 dekabr 2014-cü il tarixindən etibarən fəaliyyətə başlayıb.

Onun nizamnamə kapitalı 104.335 milyon manatdır.

Bankın səhmlərinin 99.98%-i Türkiyənin “T.C.Ziraat Bankı”na, 0,01%-i “Ziraat Teknoloji” şirkətinə, 0,01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.