“Meta” tarixin ən böyük və ən güclü AI modelini təqdim edəcək

“Meta” bu yaxınlarda açıq mənbəli “Llama 3.1” süni intellektini təqdim edib.

İndex.az xəbər verir ki, yeni “Llama 3.1”, göstəricilərinə görə, “OpenAI” və digər rəqiblərini üstələyir.

“Meta”nın yeni açıq mənbə modeli “Llama 3.1” aprel ayından etibarən gözlənilir.

Şirkət həmçinin orijinal “Llama 3” ailəsini təqdim edərkən xüsusi bir şey üzərində işlədiklərini söyləyib.

“Llama 3.1” ailəsi 8B, 70B və 405B parametrləri olan üç modeldən ibarətdir.

16 mindən çox “Nvidia H100 GPU” ilə təchiz olunmuş modellərin xərcləri açıqlanmır, lakin belə qabaqcıl sistemlərin təlimi bir neçə yüz milyon dollara başa gəlir.