“Deutsche Bank” dörd ildən sonra zərər açıqlayıb

“Deutsche Bank”, son dörd il ərzində ilk dəfə rüblük zərərini açıqlayıb.

İndex.az xəbər verir ki, “Postbank”ın alınması ilə bağlı uzunmüddətli investor məhkəmələri üçün bankın 1,3 milyard avro (1,4 milyard dollar) məbləğində ehtiyat ayırması 15 rüblük mənfəət xəttininin pozulması ilə nəticələnib.

“Deutsche Bank” ikinci rübdə 143 milyon avro zərər verdiyini açıqlasa da, analitiklər bankın ikinci rübdə zərərini təxminən 280 milyon avro qiymətləndiriblər.

“Deutsche Bank” ötən ilin eyni dövründə 763 milyon avro mənfəət əldə etdiyini açıqlamışdı.