Mask Trampın kampaniyasına ianə verməsini inkar edib

“Tesla”, “SpaceX” və X kimi şirkətlərin sahibi İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezidentlik kampaniyasına ianə etməsi ilə bağlı iddialar yayılıb.

İndex.az xəbər verir ki, Mask, ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezidentlik kampaniyasını dəstəkləyən “America PAC” adlı yeni siyasi fəaliyyət komitəsinə ayda təxminən 45 milyon dollar ianə etdiyi ilə bağlı iddiaları rədd edib.

X sosial media platformasında məsələ ilə bağlı açıqlama verən Mask, Trampın prezidentlik kampaniyasına ianə verdiyini, lakin ianələrinin çox aşağı səviyyədə olduğunu bildirib.