“Tesla”nın mənfəəti ikinci rübdə 45% azalıb

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”nın xalis mənfəəti bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 45-% azalıb.

İndex.az xəbər verir ki, “Tesla”nın bu ilin ikinci rübü üçün balans hesabatına görə, şirkətin gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 2-% artaraq 25,5 milyard dollara çatıb.

Belə ki, “Tesla” 2023-cü ilin ikinci rübündə 24,9 milyard dollar gəlir əldə edib.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 45% azalaraq 1,5 milyard dollara düşüb.

Keçən ilin eyni dövründə “Tesla”nın xalis mənfəəti 2,7 milyard dollar olub.

“Tesla”nın xalis mənfəəti bu ilin birinci rübündə qlobal satışların azalması və qiymətlərin azalmasının təsiri ilə illik 55-% azalıb.