BOJ-nin uçot dərəcələrini artıracağına dair gözləntilər artıb

Yaponiya Bankını (BOJ) yaxından izləyən iqtisadçıların 30%-i rəsmilərin gələn həftə keçiriləcək pul siyasəti iclasında uçot dərəcələrini artıracağını düşünür.

İndex.az xəbər verir ki, keçirilən sorğuya görə, 48 iqtisadçıdan 14-ü BOJ-un 31 iyulda keçiriləcək iclasında siyasət faizinin 0% aralığından 0,1%-ə qaldıracağını proqnozlaşdırıb.

Sorğuda iştirak edənlərin 27%-i faiz artımının sentyabrda baş verə biləcəyini söyləsə də, 35%-i oktyabrda bir addım atacağını proqnozlaşdırıb.

Sorğu iştirakçılarının 94%-i iyul ayının faiz artımı üçün ən erkən tarix olacağını qiymətləndirib.