Türkiyə istehsalı olan sürət qatarının istifadəyə veriləcəyi tarix açıqlandı

Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, milli elektrikli sürət qatarının istifadəyə veriləcəyi tarixi açıqayıb.

İndex.az xəbər verir ki, Uraloğlu bildirib ki, elektrikli sürətli qatarı 2025-ci ildə relslərə buraxılacaq.

TÜRASAŞ tərəfindən hazırlanacaq sürət qatarı 225 km/saat sürətə hərəkət edə biləcək.

Uraloğlunun sözlərinə görə qatarın ilk prototip montajı 2024-cü ilin sonunda bitəcək.