2024-cü ilin ən yaxşı elektromobilləri hansılardır? – AÇIQLANDI

“Consumer Reports” tərəfindən aparılan testlərdə ən yaxşı 14 elektromobilin adına aydınlıq gəlib.

İndex.az xəbər verir ki, təşkilatın sınaqdan keçirdiyi elektromobillər arasında ən yüksək bal toplayan model “BMW iX” olub.

100 baldan 84 bal toplayan model, lüks elektrikli yolsuzluq avtomobilləri kateqoriyasında da qalib gəlməyi bacarıb.

Eyni kateqoriyada “Genesis GV60” 75, “Lexus RZ” 74, “Audi Q4 e-tron” 71, “Audi Q8 e-tron” 70 xal toplayıb.

Təbii ki, “BMW iX”in yüksək qiyməti hər kəsin büdcəsinə uyğun gəlmir.

Yolumuzu daha ucuz elektromobillərə çevirdiyimiz zaman ilk qarşılaşdığımız model “Hyundai Ioniq 6” olur.

Gözəl dizaynı və son texnologiyalar, 350 kVt DC-lik sürətli enerji doldurma qabiliyyəti və səs izolyasiyası ilə təhciz edilmiş elekromobilə təşkilat 83 bal verib.

CR-nin yüksək bal verdiyi modellərdən biri də “Hyundai Group”a aid “Kia Niro” elektromobili olub.

Modelin tam elektrikli versiyası təşkilatdan 71 xal almağı bacarıb.

Lüks avtomobil kateqoriyasına dönəndə görürük ki, “BMW i4” də eynilə “Ioniq 6” kimi 83 xalla yüksək reytinq əldə edib.

“Porsche Taycan” isə 76 xalla növbəti pillədə qərarlaşıb.