“Audi”: “Elektrikə keçid gözləniləndən daha uzun çəkəcək”

Elektrikli avtomobillərin artım tempi azaldıqca şirkətlərin diqqəti hibridlərə, xüsusən də PHEV və ya təkrar doldurulan hibrid modellərə yönəlməyə başlaıb.

İndex.az xəbər verir ki, “Autocar”a danışan “Audi” şirkətinin baş direktoru Gernot Döllner bildirib ki, “Volkswagen Qrup”u PHEV-ləri elektrik dövrünə keçid üçün körpü kimi görür və bu keçid gözləniləndən daha uzun çəkəcək.

Bu səbəbdən “Audi” gələcəkdə daha çox PHEV modelləri təklif etməyə başlayacaq.

Təfərrüatlar hələ açıqlanmayıb, lakin hibridlərə olan tələbatın fərqində olan “Audi” şirkəti PHEV modelləri üçün yeni daxili yanma mühərrikləri ailəsi hazırlayıb.

Daha böyük batareya sayəsində 100 km-ə qədər təmiz elektrik sürmə məsafəsi təklif edə bilən bu modellər yeni çox yönlü PPC platformasından istifadə edəcək.