ABB-nin depozit portfeli 707 milyon manatdan çox artıb

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə ABB-nin depozit portfeli 707.214 milyon manat artaraq 9.232.180 milyon manata yüksəlib.

2023-cü ilin 2-ci rübündə bu göstərici 8.524.966 milyon manat idi.

Cari ilin 2-ci rübündə fiziki şəxslərin banka qoyduğu depozitlər 166.424 milyon manat artaraq 2.183.603 milyon manat olub.

Ötən ilin 2-ci rübündə hüquqi şəxslərin banka qoyduğu depozitlər 6.505.787 milyon manat olduğu halda, 2024-cü ilin 2-ci rübündə bu göstərici 542.790 milyon manat azalaraq 7.048.577 milyon manat olub.

Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 1,225,647 milyon manatdır. Bankın səhmlərinin 96.37%-i Azərbaycan Respublikasına, 0.23%-i “Aqrarkredit” QSC-yə, 0.35%-i hüquqi şəxslərə, 3.05% fiziki şəxslərə məxsusdur.