“AFB Bank”ın aktivlərinin həcmi 2 milyon manatdan çox artıb – HESABAT

“AFB Bank” 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə “AFB Bank”ın aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 2.648 milyon manat artaraq 297.511 milyon manata yüksəlib.

Xatırladaq ki, “AFB Bank” ASC öz fəaliyyətinə 16 fevral 2009-cu ildən etibarən başlayıb.

Onun nizamnamə kapitalı 70.393 milyon manatdır.

Bankın səhmlərinin 99.64%-i İsmayılov Hikmət Əbuzər oğluna, 0.18%-i Muradov Cəmil Tahir oğluna, 0.18%-i Abdullayev Əkbər Həsən oğluna, məxsusdur.