“Wiz”, “Google” ilə 23 milyard dollarlıq müqaviləni ləğv etdi

İsrailin kibertəhlükəsizlik startapı “Wiz”, ABŞ texnologiya nəhəngi “Google”un ana şirkəti olan “Alphabet” ilə 23 milyard dollarlıq alış müqaviləsi üzrə danışıqları yekunlaşdırıb.

İndex.az xəbər verir ki, “Reuters” tərəfindən görülən razılaşma ilə bağlı protokol sənədində, süni intellektlə dəstəklənən və bulud əsaslı kibertəhlükəsizlik proqram təminatı şirkəti “Wiz”in baş direktoru Assaf Rappaport, belə bir təklifə yox deməyin çətin olduğunu, amma bu qərarı komandası ilə inamla verdiklərini bildirib.

“Google” hələlik mövzu ilə bağlı suallara cavab verməyib, “Wiz” isə şərh verməyib.