FED ABŞ-da keçiriləcək seçkilərə görə uçot dərəcələrini sabit saxlaya bilər

“Seçki yarışının güclənməsi FED-in faiz dərəcələrini sabit saxlaması ehtimalını artırır”.

İndex.az xəbər verir ki, bu sözləri “Mercer MMC”nin baş investisiya direktoru Human Kaveh “Bloomberg Televiziyası”na müsahibəsində deyib.

Kavehin sözlərinə görə, əgər o, FED sədri olsa uçot dərəcələrini sabit saxlayaraq, seçkilər bitdikdən sonra qərar verər.

Bununla yanaşı Kaveh bildirdi ki, hələ də ilin sonuna qədər ABŞ-da 2%-lik endirimi gözləyir.

Kaveh qeyd edib ki, prezident Co Baydenin seçki yarışını tərk etməsi və Respublikaçı namizəd Donald Trampın yeni rəqibi Kamala Harrislə qarşılaşma ehtimalının artması bu ssenarinin dəyişmə potensialına malik olduğunu göstərir.