“Expressbank”a işçilər tələb olunur

Expressbank

Korporativ müştərilərə xidmət/ Biznes xidmət üzrə mütəxəssis/aparıcı mütəxəssis

Son tarix 22 avq 2024 – Müraciət et

Təsvir:

  • ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən fərdi sahibkar və hüquqi şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
  • Hüquqi şəxs hesabları üzrə əməliyyatlar aparmaq;
  • Hüquqi şəxslərin xarici köçürmələrini bankdaxili prosedurlara uyğun icra etmək;
  • Korporativ müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat vermək/xidmət göstərmək;
  • Vergi və məhkəmə orqanlarından daxil olmuş sərəncamların reyestrini aparmaq;

Tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, bank işi və ya digər müvafiq ixtisas üzrə);
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Azərbaycan və rus dillərində səlis nitq və fikirlərini izah etmə bacarığı;
  • Minimum 6 ay korporativ xidmət təcrübəsi arzuolunandır;
  • Ünsiyyət qurma bacarığı və işə məsuliyyətli yanaşma;
  • Analitik düşüncə, təhlil etmə və qərarvermə qabiliyyəti

Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin aparıcı mütəxəssisi

 Son tarix 22 avq 2024 Müraciət et

Təsvir:

  • Kreditlərin monitorinqinin aparılması;
  • Kreditlərin planlı və növbədənkənar monitorinqin təşkili və icrası;
  • Monitorinqin icrası ilə bağlı hesabatların verilməsi;
  • Bank üzrə qəbul edilən qərarlardan irəli gələn vəzifələrin, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərinin yerinə yetirilməsi.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Analoji sahədə 2 il iş təcrübəsi;
  • Microsoft Office üzrə biliklər;
  • Analitik düşüncə və təhlil etmə bacarığı;
  • Ünsiyyətqurma qabiliyyəti;
  • Beynəlxalq sertifikatların ACCA (F3) olması üstünlükdür.