Avrozonada dövlət borcu artıb

Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü ilin birinci rübü üçün Avropa İttifaqı (Aİ) və “Avrozona” dövlət borcu və büdcə kəsiri məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, “Avrozona”da dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti bu ilin birinci rübündə 88,7%-ə çatıb.

Məlumatlara görə, “Avrozona”da ötən ilin son rübündə dövlət borcu ÜDM-nin 88,2%-ni təşkil edib.

Aİ-də keçən ilin dördüncü rübündə 81,5% olan dövlət borcunun ÜDM-ə nisbəti birinci rübdə 82% olaraq ölçülüb.

Beləliklə, ümumi dövlət borcu “Avrozona”da 12 trilyon 926 milyard avroya, Aİ-də isə 14 trilyon 103 milyard avroya çatıb.