“Pasha Bank”ın depozit portfeli 187 milyon manatdan çox azalıb

“Pasha Bank” 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə “Pasha Bank”ın depozit portfeli 187.170 milyon manat azalaraq 6.538.377 milyon manata yüksəlib.

2023-cü ilin 2-ci rübündə bu göstərici 6.725.547 milyon manat idi.

Cari ilin 2-ci rübündə fiziki şəxslərin banka qoyduğu depozitlər 93.404 milyon manat artaraq 1.799.308 milyon manata yüksəlib.

Ötən ilin 2-ci rübündə hüquqi şəxslərin banka qoyduğu depozitlər 5.019.643 milyon manat olduğu halda, 2024-cü ilin 2-ci rübündə bu göstərici 280.574 milyon manat azalaraq 4.739.069 milyon manat olub.

Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 801.766 milyon manatdır. Bankın səhmlərinin 56,8195%-i “PASHA Holding” MMC-ə, 28,1796%-i BLESS MMC-ə, 9,9944%-i Arif Paşayevə, 5,0066%-i Mir Camal Paşayevə məxsusdur.