19 yaşlı kapitan Miyata siqaret çəkdiyi üçün Olimpiadadan kənarlaşdırılıb

Yaponiyanın qadın idman gimnastikası üzrə milli komandasının 19 yaşlı kapitanı Şoko Miyata siqaret çəkdiyi üzə çıxdığı üçün Paris 2024 Olimpiadasının heyətindən kənarlaşdırılıb.

İndex.az xəbər verir ki, məlumatı təsdiqləyən Yaponiya Gimnastika Assosiasiyası Miyatanın nizam-intizam qaydalarını pozduğunu təsdiqləyib.

Yaponiya Gimnastika rəsmilərinin bildirdiyinə görə, Miyata qanun pozuntusuna görə komandanın Monakodakı təlim-məşq toplanışını tərk etmək məcburiyyətində qalıb və məsələ ilə bağlı araşdırma prosesi barədə məlumat vermək üçün cümə axşamı Yaponiyaya qayıdıb.

Yaponiya Gimnastika Assosiasiyası mətbuat konfransında milli komandanın 5 deyil, 4 idmançı ilə mübarizə aparacağını açıqlayıb.