“Expressbank”ın aktivlərinin həcmi yarım milyard manatı ötüb – HESABAT

“Expressbank” 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə “Expressbank”ın aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 67.425 milyon manat artaraq 556.883 milyon manata yüksəlib.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib.

Onun nizamnamə kapitalı 112.545 milyon manatdır.

Bankın səhmlərinin 48,8%-i “Azenco Group”a, 21,6%-i “Enerqoservis” MMC-yə, 19,5%-i Hikmət Xammədova, 9,8%-i Hafiz Seyidova, 0,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.