“Bank Avrasiya”nın kredit portfeli 1,7 milyon manatdan çox azalıb

2024-cü ilin 2-ci rübü ərzində “Bank Avrasiya”nın kredit portfeli azalıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübü ərzində bankın kredit portfelinin həcmi 134.871 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bank tərəfindən müştərilərə 136.607 milyon manat kredit verildiyini nəzərə alsaq, 1.716 milyon manatlıq azalmanın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, hesabat dövründə istehlak kreditləri 1.283 milyon manat artaraq 14.760 milyon manat, biznes kreditləri 3.674 milyon manat azalaraq 64.253 milyon manat, daşınmaz əmlak kreditləri isə 385 min manat artaraq 55,857 milyon manat təşkil edib.

Beləliklə, “Bank Avrasiya”nın kredit portfelinin 47%-dən çoxunu biznes kreditləri təşkil edir.

Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85 %-lik, “Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i “PDM Qrup” MMC-yə, 25 %-i isə “Azbizneskom” MMC-yə məxsusdur.