Zəngilana 2.3 milyon manata elektrik xətti çəkiləcək

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tender elan edib.

İndex.az xəbər verir ki, tenderdə Zəngilan rayonu Cahangirbəyli yaşayış məntəqəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işlərinin satın alınması nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 2 315 928 manatdır.