“Netflix” ilin ikinci rübündə 8 milyondan çox yeni abunəçi qazanıb

“Netflix” bu ilin ikinci rübü üçün balans hesabatını açıqladı.

İndex.az xəbər verir ki, “Netflix” qlobal internet televiziya şəbəkəsinin abunəçilərinin sayı bu ilin ikinci rübündə 8 milyondan çox artıb.

Buna görə şirkətin gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən yüzdə 17 artaraq 9,6 milyard dollara çatıb. Ötən ilin ikinci rübündə şirkətin gəliri 8,2 milyard dollar olub.

Şirkətin xalis mənfəəti ikinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 44% artaraq 2,1 milyard dollara çatıb. “Netflix”in keçən ilin ikinci rübündə xalis mənfəəti 1,5 milyard dollar olub.

Şirkətin bir səhm üzrə qazancı həmin dövrdə 3,29 dollardan 4,88 dollara yüksəlib.