“Apple” “iPhone 15” seriyasını satmaqda çətinlik çəkir

“Apple” “iPhone 162 seriyasını təqdim etməzdən bir neçə ay əvvəl ortaya çıxan məlumatlar şirkətin “iPhone 15” seriyasını satmaqda çətinlik çəkdiyini göstərir.

İndex.az xəbər verir ki, buna görə də, “Apple” “iPhone 15” ehtiyatını satmaqda çətinlik çəkə bilər.

Keçən illə müqayisədə “iPhone 15” seriyasının ümumi “iPhone” satışlarında payının azaldığı görünür. Keçən ilin iyun ayında “iPhone 142 seriyası ümumi “iPhone” satışlarının 79%-ni təşkil etdiyi halda, bu ilin eyni dövründə “iPhone 15” seriyası ümumi satışların 67%-ni təşkil edə bilər.

Qeyri-Pro modellərindəki azalma xüsusilə diqqəti çəkir. Görünür, “Apple” bu azalmanı “iPhone 14” və “iPhone 13” ilə kompensasiya edib. Bu nöqtədə yeganə istisna “iPhone 15 Pro Max” kimi görünür. “15 Pro Max” ilə birlikdə gələn tetraprizma periskop kameranın bu modelə marağı artırdığı təxmin edilir.