Çip sənayesi bir gündə yarım trilyon dollar itirdi

Smartfonlar, kompüterlər, avtomobillər, müdafiə texnologiyalar kimi həyatın bir çox sahəsində istifadə edilən çipləri istehsal edən şirkətlər ABŞ və Çin arasındakı gərginlikdən mənfi təsirlənir.

İndex.az xəbər verir ki, iki ölkə arasında gərginliyi artıran son addım, ABŞ prezidenti Co Bayden administrasiyasının şirkətlərin Çinə qabaqcıl yarımkeçirici texnologiyasına çıxış imkanı verməyə davam edəcəyi təqdirdə müttəfiqlərinə mümkün olan ən sərt ticarət məhdudiyyətlərini tətbiq etmək planları olub.

Respublikaçılar Partiyasının prezidentliyə namizədi, ABŞ-ın keçmiş prezidenti Donald Trampın dünyanın ən böyük qabaqcıl çiplərini istehsal edən Tayvanla bağlı verdiyi sərt açıqlamalar çip şirkətlərinin səhmlərindəki itkiləri sürətləndirib.

Süni intellekt texnologiyalarına fokuslanan ABŞ-da yerləşən çip istehsalçısı “Nvidia”nın səhmləri bu sərt açıqlamadan sonra dünən yüzdə 6,5 dəyər itirib. Təxminən 3,3 trilyon dollarla dünyanın ən dəyərli şirkətlərindən biri olan “Nvidia”, səhmlərindəki enişdən sonra təxminən 200 milyard dollar itirdi.

Bazar dəyəri 200 milyard dolları keçən ABŞ çip istehsalçısı “Qualcomm”un səhmləri 8,6%, “Micron” 6,3%, “Broadcom” isə 7,9% dəyər itirib.