“Nokia”nın satışları 18% azalıb

“Nokia”nın əməliyyat mənfəəti ötən ilin eyni dövründəki 619 milyon avrodan 423 milyon avroya düşüb.

İndex.az xəbər verir ki, şirkət ikinci rübdə 183 milyon avro xalis mənfəət gözlənməsinə baxmayaraq, 146 milyon avro zərər edib.

Satışlar 4,78 milyard avro olan gözləntilərdən aşağı olmaqla 4,47 milyard avro təşkil edib. CEO Pekka Lundmark verdiyi açıqlamada satışların sabit valyutada illik 18% azaldığını söyləyib.