Ən bahalı dinozavr fosili hərracda 44,6 milyon dollara satılıb

Nyu-Yorkdakı “Sotheby’s” hərrac evində keçirilən hərracda Apex adlı böyük dinozavr skeleti 44,6 milyon dollara satılıb.

İndex.az xəbər verir ki, ot yeyən steqosaurus növü olan Apex fosili 3 metr 40 santimetr hündürlükdədir. Burundan quyruğa qədər uzunluğu 8 metrdən çoxdur.

“Sotheby’s” qeyd edib ki, bu fosil indiyə qədər aşkar edilmiş qabaqcıl tam skeletlərdən biridir.

Fosili hərracda alan şəxs kimliyini açıqlamayıb. Bununla belə, bəyanatda deyilir ki, Apex Amerikada doğulub və Amerikada qalacaq. Bu, fosilin ABŞ-ın bir qurumuna bağışlana biləcəyinə işarə olaraq görüldü.