“Amazon” 7,2 milyard dollarla satış rekordu qırıb

Amerika texnologiya nəhəngi “Amazon”, minlərlə məhsula yüksək endirimlər təqdim etdiyi “Prime Day” tədbirinin ilk günündə şirkət tarixində satış rekordu qıraraq 7,2 milyard dollarlıq satış həcminə çatdı.

İndex.az xəbər verir ki, “Adobe Analytics” məlumatlarına görə, “Amazon” “Prime Day”in ilk günündə ABŞ-da istehlak xərcləri illik bazda 11,7% artıb.

Bu il “Amazon” bu həftə ABŞ-ın bir çox bölgəsində “Prime Day” tədbirini keçirir.